Telefonla danışan kişini ildırım vurdu - Video

Telefonla danışan kişini ildırım vurdu - Video
  07 İyun 2017    Oxunub:2250
Cəlilabad rayonunda 35 yaşlı kişini ildırım vurub.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini Azər Qurbanov sahədə kartof suvararkən onun mobil telefonuna zəng gəlib. O, danışmaq istədikdə ildırım onu vurub. Mərhumun meyiti yaxınları tərəfindən sahədə aşkar olunub.

Meyit məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsində müvafiq müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.



AzVision.az


Teqlər: ildırım  





Xəbər lenti