Güclü külək Leriki işıqsız qoydu

Güclü külək Leriki işıqsız qoydu
  07 İyun 2017    Oxunub:1187
Lerikdə əsən güclü külək rayona verilən elektrik enerjisinin kəsilməsinə səbəb olub.
AzVision.az "Report"a istinadən xəbər verir ki, axşam 19:00 radələrindən başlayaraq rayona 20 dəqiqə ərzində güclü küləklə müşayiət olunan leysan yağışı və qısa müddətli dolu yağıb.

İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorun yağ açarında qəza baş verib.

Bu səbəbdən rayona verilən elektrik enerjisi kəsilib. Bu, hələlik dəyən ziyan barəsində ilkin məlumatdır. Sakinlər yağıntı və küləyin taxıl zəmilərinə də ziyan vuracağını söyləyirlər.

AzVision.az


Teqlər: Lerik   Külək  





Xəbər lenti