And için, sizə vətəndaşlıq verək! - Putindən maraqlı təklif

And için, sizə vətəndaşlıq verək! - Putindən maraqlı təklif
  07 İyun 2017    Oxunub:8693
Rusiya prezidenti Vladimir Putin ölkəsinin vətəndaşlığını qəbul etmək istəyən şəxslərlə bağlı maraqlı təklif irəli sürüb.
AzVision.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Putin hesab edir ki, vətəndaşlıq almaq istəyənlər üçün digər ölkələrdə olduğu kimi andiçmə mərasimi keçirilməli, onlar ölkə qanunvericiliyinə riayət edəcəklərinə dair and içməlidirlər.

Putinin sözlərinə görə, andını pozan şəxslər cəzalandırılmalıdır.

Rusiya prezidenti bununla bağlı DUMA-ya təklif irəli sürüb.

AzVision.az


Teqlər: Rusiya   Putin   Vətəndaşlıq  





Xəbər lenti