Milli Şura:`“Çatam Hauz” bizə dəvətnamə göndərib`

Milli Şura:`“Çatam Hauz” bizə dəvətnamə göndərib`
  03 Sentyabr 2013    Oxunub:1117
`Milli Şuranın dəvət olunan hər bir üzvünün adına Böyük Britaniyanın Kral İnstitutu tərəfindən dəvətnamə göndərilib`.
Bunu AzVision.az -a AXCP -nin sədr müavini Fuad Qəhrəmanlı “Çatam Hauz”un rəsmi saytında Milli Şuranın London səfəri ilə bağlı məlumatın olmamasına aydınlıq gətirərkən deyib.

Sədr müavini bildirib ki, həmin dəvətnamə əsasında da sənədlər Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə təqdim olunub.

`Biz viza almaq üçün avqustun 26- dan səfirliyə müraciət etmişik. Bu sadə məntiqdir. Dəvət olmasaydı sənədləri viza üçün səfirliyə təqdim etmək imkanınız da mümkün olmazdı. Yayılan məlumatlar absurddur. 8-11 sentayabr arası bizim səfərimiz baş tutacaq`.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti