Avropa Məhkəməsi Ermənistana qarşı - Sarkisyana tərs sillə

Avropa Məhkəməsi Ermənistana qarşı - Sarkisyana tərs sillə
  03 İyun 2017    Oxunub:17234
Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətinin əleyhinə qərar qəbul edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Avropa Məhkəməsi 2017-ci ilin ilk 5 ayı ərzində hüquqları pozulan vətəndaşların şikayəti əsasında Ermənistan hökümətini 28.500 avro məbləğində cərimə ödəməyə məcbur edib.

Məhkəmə qərarları "Avakemyan Ermənistana qarşı", "Ayvazyan Ermənistana qarşı", "Nikoğosyan Ermənistana qarşı", "Asatryan Ermənistana qarşı" və "ÇAP MMC" Ermənistana qarşı" işləri üzrə çıxarılıb.

Ermənistan hökuməti son iclasında Avropa Məhkəməsinin qərarlarının icrası üçün Ədliyyə Nazirliyinə pul ayırıb.

İsmayıl Abbas
AzVision.az


Teqlər: Avropa-Məhkəməsi   Ermənistan  





Xəbər lenti