Separatçı Saakyan "Don Pipo"nu öldürmək istəyir

Separatçı Saakyan "Don Pipo"nu öldürmək istəyir
  01 İyun 2017    Oxunub:5446
Ermənistanda kriminal avtoritet "Don Pipo"ya qarşı sui-qəsdə cəhd edən şəxslərin həbs edilməsinə baxmayaraq, cinayətkar qrupla bağlı müzakrələr səngimir. Hələ də daxili "bazarlar"da sui-qəsd planının arxasında kimin durması sual olunur.
AzVision.az "Jamanak"a istinadən xəbər verir ki, Ermənistanda bu "bazarları" separatçı rejimin "rəhbəri" Bako Saakyan idarə edir.

Onun bu işə daxil olmasını "Don Pipo"nun qohumu, Moskvada Ermənistan prokurorluğunun nümayəndəsi olan Kamo Avakumov istəyib.

Məlumata görə, o, şəxsən Bako Saakyanın bu işlə məşğul olmasını xahiş edib. Buna səbəb qanunsuz bölgədə fəaliyyət göstərən qondarma rejim "rəhbərliyinin" kriminal-mafioz qruplaşmalarla birgə fəaliyyət göstərməsi və daha geniş əlaqələrə malik olmasıdır.

Məlumatlara əsasən, Ermənistan polisi "Don Pipo"nu öldürmək istəyən cinayətkar dəstəni tutmaqda maraqlı olmayıb. Məhz "Don Pipo"nun adamları cinayətkarları izlərək aşkara çıxarıb və polisə təslim edib.

Sifarişçilərin izləri cinayəti "Kanevskoy Armen" ləqəbli Armen Harutyunyana bağlayır.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Saakyan  





Xəbər lenti