Obama 8 milyon dollara ev aldı

Obama 8 milyon dollara ev aldı
  01 İyun 2017    Oxunub:1243
ABŞ-ın sabiq prezidenti Barak Obama Vaşinqtonun prestijli rayonunda 8,1 milyon dollar dəyərində ev alıb.
AzVision.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Sabiq prezident və xanımının ən azı 2 il yarım burada qalacağı nəzərə alınsa, onlar üçün bu evi icarəyə götürməkdənsə almaq daha məntiqlidir”, - deyə Obama ailəsinin rəsmi nümayəndəsi Kevin Lyis bəyan edib.

Telekanalın məlumatına görə, ailənin aldığı evin 9 yataq, 8 hamam otağı var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Obama   ABŞ   Ev  





Xəbər lenti