Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlanır
Yaponiya tərəfdən Şimali Koreyaya qarşı hazırda tətbiq edilən sanksiyalara əsaəsn iki ölkə arasında bərə əlaqəsi dayandırılıb, bu ölkənin gəmilərinin Yaponiya limanlarına daxil olmasına qadağa qoyulub, bütün növ idxal və ixrac kəsilib. Yeni sanksiyaların tətbiqi isə qeyri-qanuni ixracın tamamilə dayandırılmasını nəzərdə tutur.
Xüsusilə, kütləvi qırğın silahlarının hazırlanması üçün nəzərdə tutulan detalların Şimali Koreyaya qeyri-qanuni ixracının qəti şəkildə qarşısının alınması, gəmilərdə əvvəllər nəzərdə tutulan yoxlama sisteminə əsasən tətbiq edilən siyahıya əlavə qurğu və detalların daxil edilməsi də planlaşdırılır.(AzərTAc)
AzVision.az
Teqlər: Şimali-Koreya