Batumidə 28 may - Respublika Günü qeyd olundu

Batumidə 28 may - Respublika Günü qeyd olundu
  26 May 2017    Oxunub:1737
28 may - Respublika Günü münasibətilə ilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli tədbir keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə, Acarıstan Muxtar Respublikasının Səhiyyə və əhalinin sosial müdafiə naziri Zaal Mikeladze, kənd-təsərrüfatı naziri Laşa Komaxidzeni, Batumi şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökuməti aparatının məsul əməkdaşları, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan və Konsulluğunun əməkdaşları, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Baş konsul Rəşad İsmayılov 28 May Respublika Gününün əhəmiyyətindən, ADR-ın dövlətçilik tariximizdəki mühüm yerindən bəhs etmiş, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra müasir Azərbaycanın təməlinin qoyulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib.

Baş konsul həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat, turizm və infrastruktur layihələrindən də geniş bəhs edib.

Baş konsul, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT TŞ-nın məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

AzVision.az


Teqlər: Azərbaycan   Dağlıq-Qarabağ   Batumi  





Xəbər lenti