Siyavuş Novruzov: “Mən həkim tanıyıram, 60 min manat əməkhaqqı alır” - VİDEO

 Siyavuş Novruzov: “Mən həkim tanıyıram, 60 min manat əməkhaqqı alır” - VİDEO
  03 Sentyabr 2013    Oxunub:2713
Millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov AzVision.az oxucularının suallarına cavab verir:
Xanım:

- Salam. Müxalifətdə oturub-durduğunuz kimsə varmı? Yəni yoldaşlıq münasibəti... Lütfən, adın deyərdiniz.




- Ümumiyyətlə götürsək, mənim dost-tanışım həddindən artıq çoxdur. Respublikamızın elə bir regionu yoxdur ki, orada mənim dostum olmasın. Həm tələbəlik, həm əsgərlik, ictimai-siyasi işlərdə olan, münasibət saxladığım insanlar, həm də milli azadlıq hərəkatı dövründə 89-90-cı illərdə mitinqlərdən başlamış bu tərəfə gələn insanlarla dostluğum, yoldaşlığım olub. Təbii ki, sonrakı dövrdə hər biri bir partiya qoşuldular. Amma vaxtilə biz birlikdə Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyət göstərmişik.

Sitarə:

- Siyavuş müəllim, salam. Sizi `siyaset.az` informasiya agentliyinin müxbiri Sitarə Tanrıverdiyeva narahat edir. Sizcə Cəmil Həsənli builki seçkidə səs toplaya biləcək? Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm.




- Təbii ki, Cəmil Həsənli bir faiz civarından aşağıda ola bilsin ki, hansısa səsi toplasın. Çünki bir dairədə parlament seçkilərində namizəd kimi uğur qazana bilməyən şəxsin bütün respublika ürzə prezident seçkilərində hansı uğurundan yaxud da səsdən söhbət gedə bilər?
İkinci bir tərəfdən, Cəmil Həsənli digər namizədlərlə rəqabət apara bilər. Hansından əvvəl və ya hansından sonra gəlməsi söhbətin mövzusu ola bilər. Bizim namizəd ilə nəinki Cəmil Həsənli, orada olan bütün namizədlər rəqabət aparmaq imkanına malik deyillər.

Ramazan:

- Siyavuş müəllim! Müsahibələrinizdə daim müxalifətin ünvanına lağ və ironiya ilə sanki ələ salmaq kimi ifadələr işlədirsiniz. Başqaları o forma və metoddan sizin ünvana fikir səsləndirsələr, reaksiyanız necə olar?




- Mən ironiya, lağ etmirəm. Mən xalqın dilində, cəmiyyətin analaya, başa düşə bləcəyi dildə, formada öz fikrilərimi çatdıra bilirəm. Onlar da istəyirsə, həmin formada çatdıra bilərlər.

Ariz Abduləliyev:

- YAP-a prezident seçkilərində qələbə arzulayıram. Seçicilərin mütləq əksəriyyəti, xalqımız Cənab ilham Əliyevi dəstəkləyir.Azərbaycanımızın şəksiz və şəriksiz prezidenti ilham əliyevdir. Amma YAP- da sadiq YAP- çılara qarşı ədalətsiz qərarlarınıza, səhvlərinzə niyə düzəliş etmirsiniz? Ulu öndər və YAP Sədri 91-ləri yüksək qiymətləndirdiyi halda İcra katibliyi niyə onlara qarşı siyasi repressiya edir? Müraciətlərə niyə baxmırsan? Sədrin müavinlərinin qəbul günü nə vaxtdır?




- Ariz Abduləliyev nizamnaməni pozduğuna görə YAP-ın Nəsimi təşkilatından xaric edilib. Partiyanın bütün üzvilərinə diqqət və qayğı var. Bu, ondan asılı deyil ki, kim partiyaya nə zaman gəldi, hansı formada gəldi. Partiya veteranlarına, yaradıcılarına, o cümlədən, “91-lər”ə xüsusi diqqət var.
91 nəfərin 50-dən çoxu Milli Məclisin üzvü olublar, bu gün də üzvüdürlər. Partiya həmişə onların namizədliyini irəli sürüb, dəstəkləyib. O cümlədən, ayrı–ayrı nazirlər, icra başçıları, parlament sədri, Bakı şəhərinin merləri “91-lər”dən olublar. Yəni “91-lər”ə diqqət göstəilir. Ariz Abduləliyev bizdə “Səs” qəzetində müxbir işləyirdi. Daha sonra onu şöbə müdiri qoydular və s. İrəli çəkildi. Sonra isə fəaliyyət göstərə bilmədi, özü uzaqlaşdı. Ona görə də öz arzusunu, istəyini başqasının adından verməsin. O, müraciət edib, burada onu qəbul da ediblər, söhbət də aparıblar, o cümlədən nəzarət-təftiş komissiyası da partiyaya bərpa olunmağı ilə bağlı məsləyə baxıb, qərar qəbul olunub ki, nizamnamə tələblərinə uyğun olaraq bərpa oluna bilməz və xaric edilib. Ona görə də, təkrar əgər müraciət etmək istəyirsə, buyursun, onun məsələsinə nəzarət-təftiş komissiyası baxsın. Sədrin müavinlərinin qəbul günləri, demək olar ki, hər gün olur. Partiyaya aid işlə əlaqədar kim müraciət edirsə, buyrsun.

Zaur
- Siyavuş müəllim, siz 5-10 ilə özünüzü harada görürsünüz?




- Ümumiyyətlə, bu gün biz ictimai-siyasi həyatda məşğuluq, həmçinin mən parlamentdə blirsiniz ki, intizam komissiyasınn sədriyəm. Kifayət qədər çoxlu işim var. Qalanını gələcək göstərəcək.

Lamiyə:
- Özünüz öz çıxışlarınıza baxırsınızmı?


- Təbii ki, hər birini sonra oxuyram.

Ramin:

- Siz hansı seçki dairəsindən deputat oldunuz, nə qədər səs topladınız və ya nə qədər pul xərclədiniz? Sizin millətiniz qeyri-azəri olduğu halda, özünüzü niyə “azəri” adlandırıb, xalqa yalan deyirsiniz və aldadırsınız? Sizin qaşlarınızdan görünür ki, siz kürdsünüz və azərbaycanlıları sevmirsiniz.




- Mən Naxçıvan Muxtar Respublikasından seçilmişəm. 5 saylı Şahbuz-Babək seçki dairəsindən. Orada kifayət qədər səs alaraq, ikinci dəfə Milli Məclisə seçilmişəm.
Hər bir şəxsin milliyəti var və bütün Azərbaycanda yaşayan millətlərə mənim böyük hörmətim var. Amma bütün Azərbaycan da bilir ki, hər kəsin əsli, kökü, nəsli, nəcabəti var. Bununla da gedib yoxlaya bilərlər ki, kimin milləti nədir. Həm də hamı gözəl bilir ki, mən haradansa köçüb gəlməmişəm. Bu gün yaşadığım kənd də durur, oxuduğum məktəb də durur, bütün tayfa, nəsil, şəcərə ortadadır. Bilinir ki, ən qədim türk tayfalarındandır. Oxucunun nə yazmağından aslı olmayaraq, bu, belədir.

Müsafir:

- Sizcə xöşbəxtlikdə pulun önəmi nə qədərdir? Natamam insanın pulla tamamlanması və gözünün doyması mümkündürmü? Ümumiyyətlə, sadəcə öz ailəsini və ətrafını düşünən insanlar haqqında nə fikirdəsiniz?




- Buna indiyə qədər bəşəriyyətdə o qədər şərh verənlər olub ki... O şərhlərin görüsən ki, bəziləri özünü doğruldur, bəzisi doğrultmur. Məsələn, hərədə bir cür... Quruluşun zamanın, dövrün sistemi ilə əlaqədar olraq insanların yanaşma tərzi olub. Və insan natamamdırsa, onun natamamlığını heç nə düzəldə bilməz. Bəzən görüsən ki, varlı adama yarınmaq olur, və yaxud da ki, fikirlər səsləndirirlər, çalışırlar ki, onunla yaxın münasibətdə olsunlar, bəlkə də ondan bəhrələnsinlər və s. Və bu, onun ağlını artırıb-azaltmır. İnsanı sınamaq istəyirsənsə, ona iki şey verməlisən: pul və vəzifə. İnsan bu ikisi ilə davrananda özünü göstəriri ki, o, ağıllıdır, ya ağlı çatışmır.

Nərminə:

- Salam, Siyavuş müəllim. Sizə böyük hörmətimiz var. Bir millət vəkili kimi sizin bu suala dəqiq cavab verməyinizi istəyirik. “Topaz” mərc oyunları nazirimizin dediyinə görə, gənclərin idmanda inkişafı üçündür. Məktəblilər axı hələ gənc deyil, niyə məktəblərə yaxın, lap yanında bu oyunların təşkilinə icazə verilir? Axı olmaz.




- Bu cür oyunlar dünyanın hər yerində var. Bilirsiniz ki, futbol ilə əlaqədar orada müxtəlif proqnozlar verilir. Bu bir dəfə Milli Məclisdə də müzakirə olundu ki, insanlar bu oyuna niyə cəlb olunur və s. Amma bununla yanaşı, oradan gələn gəlirlər hesabına idmanın inkişafına da vəsait ayrılır.
Təbii ki, belə şeylər orta məktəblərdə, azyaşlı uşaqların olduğu yerlərdən uzaqda olmalıdır. Və onların diqqətini cəlb etməməlidir. Aidiyyatlı strukturlar bununla gərək ciddi şəkildə məşğul olsunlar.

Kama:

- Aksiyanı dəstəkləmirsiniz, anlayıram. Ancaq o aksiyada şəhid ana və atası sürüklənəndə sizin heçmi ürəyiniz sızlamadı kənardan durub baxarkən?




- Mən aksiyanı müşahidə edirəm, baxıram ki orada kim var, kim yox. Orada mən kiməsə zor tətbiq olunmasının şahidi olmamışam. Mən orada olduğum dövrdə görməmişəm. Ondan qabaq, ondan sonra nə baş veribsə, onu deyə bilmərəm.

Azərbaycan:

- Xalqı nə zaman düşünəcəksiniz?




- Biz elə ömrü boyu fəaliyyətimizlə xalqın xidmətindəyik. Ancaq xalqı düşünürük. Bizim başqa düşüncəmiz yoxdur.

Grant:

- Salam, sualım belədir: Nə vaxta kimi respublikamızda güc strukturları əməkdaşlarının sosial müdafiəsi elm, təhsil, səhiyyə sahəsində çalışanların sosial müdafiəsindən yaxşı olacaq?




- Bir şeyi nəzərə alaq ki, bunların hər birinin öz yeri var. Yəni bu cür demək olmaz ki, o ondan çox olmalıdır, bu, ondan aşağı olmalıdır. Güc strukturları əgər bizim ordumuz, əsgərlərimizdirsə, bunlar vətənin qorunmasında heç də müəllimin orta məktəbdə dərs deməyindən az iş görmür. Və yaxud da, kimsə evində sakit yatırsa, ictimai-siaysi sabitlik varsa, bu, polisin xidmətidir. Bəziləri polisə başqa cür yanaşırlar. Amma onun sayəsində oğurluğun qarşısı alınır, vətəndaşların dinc gəzməyinə şərait yardılır, cinayətlərin üstü açılır. Və bunların bütün gün ərzində gecədən səhərə, səhərdən axşamadək çalışması da nəzərə alınmalıdır.

O ki, qaldı müəllimlərin və digər sosial sahədə çalışanların məsələsinə, bu, islahat yolu ilə həll olunmalıdır. Məsələn, səhiyyədə islahat olmalıdır və sığorta sisteminə keçirilməlidir. Sığorta sisteminə keçirilməsə, bu problem həllini tapa bilməyəcək. İstəyirsən, bütün büdcəni səhiyyəyə ayır, yenə orada əmək haqların kifayət qədər qaldırılması mümkün deyil. Digər tərəfdən, bizdə belə bir keçmiş psixologiyadan qalan şey var: ixtisas, təhsil əvəzinə diplom dalınca qaçırlar. Bu gün öz ixtisasını bilməyən xeyli insanlar var, amma diplom alıblar. Ona görə də istedadlı adamlar yaxşı qazanırlar. Məsələn, mən bir nəfər göstərə bilərəm ki, ürək cərrahıdır, “Neftçilər” xəstəxanasında çalışır. Ayda 60 min manat əmək haqqı alır. Yəni bu, həyata keçirdiyi cərrahiyyə əmliyyyatlarından gələn faizlərin nəticəsin yığılır. Çünki insanlar istedadlının arxasınca qaçırlar. Ola bilər mən həkim və ya başqa sahənin adamı olum, əgər bu gün təlabat yoxdursa, o, yaxşı qazana bilməyəcək.
Bu baxımdan, indən belə gənclərimiz çalışmalıdır ki, öz ixtisasını, peşəsini layiqincə öyrənsin, cəmiyyətə kömək göstərsin və cəmiyyət üçün lazımı addımlar atsın.
Belə bir misal var ki, iki şəxs düzgün qərar qəbul etməyəndə insanın həyatında və taleyində böyük problemlər yaranır. Biri hüquqşunaslar, digəri həkimlər. Bu iki sahənin adamı öz qərarlarında çox düzgün olmalıdır.

Namiq Ədilov:

- Siyavuş müəllim, niyə Bakı və digər rayonların ilk ərazi təşkilatalrında YAP sədrlərini hərdənbir yığıb, onların iş yerlərində təbliğatı gücləndirmələrinə və idarə, təşkilatlarda olan müxalif yönümlü fikirlərə qarşı tədbir görmələri haqqında təlimatlar verilmir? Gənclət təşkilatı sosial şəbəkələrdə aktiv olmaları və hər hansı şəkildə mənfi və antimilli statuslara cavab vermələri haqqında təlimatlandırılmır? Təşkilatda işləyənlər boş-boşuna niyə əmək haqqı alırlar?




- Bizdə ilk partiya təşkilatlarında əmək haqqı verilmir. Bu iş ictimai əsaslarla həyata keçirilir. Və seçki öncəsi demək olar ki, respublikada olan bütün ilk partiya təşkilatlarını - təxminən 8 minə yaxın ilk ərazi partiya təkilatımız var,- hər biri ilə görüş keçirilib. Onlarla söhbətlər aparılıb, təlimatlandırılıb. Hər il biz iki dəfə bu prosesi həyata keçiririk. O cümlədən, bizim çox böyük sosial qruplarımız var ki, gənclər orada çox fəaldırlar, hər bir məsləyə öz şərhlərini yazırlar. Bununla bağlı respublika üzrə gənclərin bir neçə dəfə seminarını keçirtmişik. Hətta 3 günlük kurslar olub ki, orada məsələlər qoyulub. Şərhlərin hası formada yazılamsı, suallara hansı cavabların verilməsi ilə bağlı biz xüsusi treninqlər keçirmişik. Bizim gənclər bu məsələdə həddindən artıq fəaldırlar. Bəzən başqa adlar altında edirlər, bilinmir ki, bizim gənclərdir.

Emin:

- Hörmətli Siyavuş müəllim, sizdən bir gənc olaraq xahişimiz gənclərin ipoteka məsələsini Milli Məclisin iclasında qaldırmanızdır. Çünki bugünki şərtlərlə heç bir gənc normal ipoteka krediti götürə bilmir. Məbləğ az, ilkin ödəniş və faiz yüksəkdir. Halbuki dövlət evləri çox ucuz qiymətə vətəndaşa sata bilər, bu halda həm vətəndaş həm də dövlət qazana bilər, dövlətə inam da güclənər.




- Bu, tamamilə doğrudur. Həm ipotekanın şərtlərinə, həm də məbləğ məsələsinə ciddi şəkildə dəyişiklik olunacaq. Prezident də müşavirədə bu məsələ haqqında öz fikirlərini qeyd etdi ki, bu, bir az sadələşdirilməlidir ki, bizim gənclər bundan istifadə edə bilsinlər. Bunla bağlı işlər gedir. Yəqin ki, payız sessiyasında bununla bağlı xüsusi qərarlar qəbul edəcəyik. Yəni ipotekanın vətəndaşlara olan şərtləri sadələşdilməlidir. Həmçinin verilən məbləğlərin miqdarı artırılmalıdır.
Bundan əlavə, hətta bizim Yeni Azərbaycan Partiyasının layihəsi var ki, uzunmüddətli kreditə verilən evlər, xüsusuilə gənclər üçün rayonlarda, yerlərdə binalar tikilsin və 30, 50 ilə kreditə verilsin. Yəni hökumət tərəfindən bu, tikilsin, gənclərə təqdim olunsun, onlar da yaşayaraq və kiçik məbləğdə faiz ödəyərək, bu müddət ərzində onu ödəyib, özününküləşdirsinlər. Bununla bağlı bizim layihələrimiz var.

Qəlbinur Biləsuvarlı:

-Siyavuş müəllim, Milli Şuranın namizədi Rüstəm İbrahimbəyov hansı dinə mənsubdur? O, müsəlman hesab oluna bilməz, oruc, namaz və s. onluq deyil. Xristian deyil, çünki xaç suyuna salınmayıb. Həyat tərzi də heç bir dini etiqadla uyuşan görümür. Sizcə o, ateisdirmi?




- Ateizm tamam başqa bir şeydir. İbrahimbəyovda hər sahədən bir az əks olunub. Ona görə də gərək o özü qərar verə ki, hansı dinə-imana qulluq edir. Dinini, imanını özü bildirməlidir. Mənə elə gəlir, təbii ki, müsəlam adət- ənənələrinə əməl etmir, xristian adət-ənənələrinə yenə əməl etmir. Qalıb ortada. İndi konkretləşdirməlidir.

Vətəndaş:

- Siyavuş müəllim, siz birmənalı və qətiyyətli, sadiq iqtidar adamlarından hesab olunursunuz. Bütün məqamlarda, hətta iqtidardan kimlərinsə qəzəbinə tuş ola biləcəyinizi nəzərə almadan `döşəyirsiniz`. Deyilənə görə, maddi imkanınızın çox olmamasına baxmayaraq, yoldaşlarınızn arasında çox səxavətli və istiqanlı, nikbin adamsınız. Prezidentin sərəncamı ilə vəzifəyə təyin olunan bir dənə də olsun qohumunuz yoxdur. Siz hakimiyyətdə digərlərinə nisbətən daha çox `döyüşməyinizə` baxmayaraq, niyə yer verilmir? İnanmırlar?




- Mənim kifayət qədər yerim var və YAP-da icra katibinin müaviniyəm, Milli Məclisn deputatıyam, komitə sədriyəm. Və ictimai-siyas həyatda da öz fəaliyyətimi göstərirəm. Hər kəs qarşısna qoyduğu vəzifəni yerinə yetirməlidir. Əgər hər kəs öz vəzifəsin layiqincə yerinə yetirisə, onda cəmiyyətdə insanların da heç bir problemi olmur.

Nicat:

- Millət döyülərkən niyə çayxanalarda oturub izləyirsiniz, xoşunuza gəlirdi?




- Birincisi, heç kim milləti döymür. Əgər qanunu pozanlardan söhbət gedirsə, o insanlara deyirlər ki, gedin, müəyyənləşdirilmiş yerdə tədbirinizi keçirin. Əgər onlar o tədbiri deyilən yerdə keçirmirlərsə, qanunu pozurlarsa, qanun qarşısında hamı bərabərdir. Onlar sadəcə olaraq “millət” deyil, qanunu pozanlardır. Və onlara da qarşı heç bir güc tətbiq olunmur. Sadəcə olaraq, qanunsuz yerdə keçirdikləri mitinqi dağıdırlar.

(Ardı burada)


Teqlər:  





Xəbər lenti