280 kq ərzaq məhv edilib

280 kq ərzaq məhv edilib
  02 Sentyabr 2013    Oxunub:1059
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında növbəti monitorinqlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakının Nəsimi, Qaradağ rayonlarında, Sumqayıt, Şabran şəhərlərində, Şəmkir, Göyçay, Astara rayonlarında aparılan yoxlamalar zamanı 280 kq-a yaxın saxlama müddəti ötən və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.



Teqlər:  





Xəbər lenti