“Qaçqınkom”dan dələduz qadınla bağlı açıqlama

“Qaçqınkom”dan dələduz qadınla bağlı açıqlama
  24 May 2017    Oxunub:1478
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi adı dələduzluqda hallananan qadının onların işçisi olmadığını açıqlayıb.
Dövlətqaçqınkomun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Dövlət Komitəsinin strukturunda heç bir vaxt Gülnarə Müxtarova adlı şəxs işləməyib.

"Bakı şəhər sakini Gülnarə Muxtarovanın bir qurup məcburi köçkünlərə qarşı dələduzluq əməlləri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə adı çəkilən şəxsin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri işlədiyi qeyd edilib. Ümumiyyətlə Dövlət Komitəsinin strukturunda belə bir vəzifə mövcud olmayıb", deyə məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: Qaçqınkom   İşçi  





Xəbər lenti