Milli Şuranın London səfərinin tarixi açıqlandı

Milli Şuranın London səfərinin tarixi açıqlandı
  02 Sentyabr 2013    Oxunub:999
Milli Şura rəhbərliyinin Böyük Britaniyaya səfəri sentyabrın 8-də başlayacaq və 2 gün davam edəcək.

Bu haqda xəbəri “Yeni Müsavat” Milli Şuradakı qaynaqdan alıb. Milli Şura sədri Rüstəm İbrahimbyovun rəhbərlik edəcəyi nümayəndə heyətində Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, El hərəkatının sədri Eldar Namazov təmsil olunur. Səfər zamanı Milli Şura üzvlərinin Böyük Britaniyanın bir sıra rəsmi şəxsləri, eyni zamanda ictimai sektor nümayəndələri ilə görüşü gözlənilir.

Onu da vurğulayaq ki, öncədən 1 həftə müddətinə nəzərdə tutulan səfər proqramına Cəmil Həsənlinin seçki prosesi ilə bağlı mütləq qaydada Azərbaycanda olması ilə bağlı korrektə edilib.


Teqlər:  





Xəbər lenti