Şimali Koreya daha bir raket buraxıb

Şimali Koreya daha bir raket buraxıb
  21 May 2017    Oxunub:1202
Şimali Koreyada növbəti modifikasiyası bəlli olmayan raket buraxılışı həyata keçirilib.
Penxap agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi hazırda təcili qaydada müvafiq informasiya toplamaqla məşğuldur. İlkin məlumata əsasən, KXDR uçuş məsafəsi 500 kilometr olan bir raket buraxıb.

Yaponiyanın Baş naziri Sinzo Abenin dəftərxanası yanında informasiyanın toplanması və təhlili üzrə böhran qərargahı yaradılıb.

Şimali Koreya sonuncu raket buraxılışını mayın 14-də həyata keçirmişdi. O vaxt buraxılan orta mənzilli “Xvanson-12” ballistik raketi 787 kilometr uçaraq Yapon dənizinə düşmüşdü.

AzVision.az


Teqlər: Koreya   Raket  





Xəbər lenti