Dəhşətli qəzada ana və oğlu öldü: yaralılar var

Dəhşətli qəzada ana və oğlu öldü: yaralılar var
  02 Sentyabr 2013    Oxunub:1229
Sumqayıtda baş vermiş ağır yol qəzasında ölən və yaralananlar var.
Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən Bakı-Quba yolunun 40-cı km-də ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin olması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

AzVision.az xəbər verir ki, hadisə ilə bağlı hadisə yerinə baxış keçirilən zaman müəyyən edilib ki, polis kapitanı Xəlfəyev Soltan Məhəbbət oğlu idarə etdiyi "VAZ-2104" markalı maşınla Bakı-Quba yolunun 40-cı kilometrliyində H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Əlişanov İbrahim Şamil oğlunun idarə etdiyi "Mersedes-Benz C230" markalı, maşınla toqquşub.

Nəticədə sərnişinlər Xəlfəyev Məhəbbət Əbdül oğlu və Xəlfəyev Nihat Soltan oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan sürücü Xəlfəyev Soltan Məhəbbət oğlu və sərnişinlər Xəlfəyev Zərinə Nəbi qızı, Xəlfəyeva Əsmər Soltan qızı, Xəlfəyeva Şölə Sevgi qızı, digər avtomobildə olan sürücü Əlixanov İbrahim Şamil oğlu, sərnişinlər Səfərova Şərqiyyə Hüseynxan qızı, Muradova Aynur Ərşad qızı, Muradov Mirzə Oruc oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibb Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Teqlər:  





Xəbər lenti