“O, mənə Rusiyaya görə təzyiq edirdi” – Trampdan gözlənilməz etiraf

  20 May 2017    Oxunub : 3435
“O, mənə Rusiyaya görə təzyiq edirdi” – Trampdan gözlənilməz etiraf
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə rusiyalı diplomatları qəbul edərkən bildirib ki, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini işdən çıxarmaqla “güclü təzyiqdən” yaxa qurtarıb. Bu barədə AzVision.az “The New York Times”-a istinadən xəbər verir.
“Mən sadəcə FTB rəhbərini işdən çıxardım. O, dəli idi. Mən Rusiya ilə bağlı güclü təzyiqlə üzləşdim. Hazırda belə təzyiq yoxdur. Mən özüm istintaq altında deyiləm”, - deyə qəzet məlumat yayıb.

Qeyd edək ki, mayın 10-da ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Ceyms Komini işdən çıxarıb.

Komi prezident Barak Obama tərəfindən 2013-cü ildə FTB rəhbəri vəzifəsinə 10 illik müddətə təyin olunub.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Tramp   Rusiya   ABŞ