Novruz Məmmədov: `Dünyada beynəlxalq hüquq böhranı yaşanır`

Novruz Məmmədov: `Dünyada beynəlxalq hüquq böhranı yaşanır`
  02 Sentyabr 2013    Oxunub:1094
Bu gün dünyada beynəlxalq hüquq böhranı hökm sürür.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, bu gün Dağlıq Qarbağ münaqişəsinin həlli ilə bağlı uğurlardan danışmaq mümkün deyil: "Beynəlxalq aləmdə gedən proseslərə nəzər saldıqda, son 5-6 ildə dünya icyimaiyyətinin ən çox bəhs etdyi məsələ dünyanın iqtisadi böhranıdır. Lakin, bu gün dünyada daha bir böhran hökm sürür - bu beynəlxalq hüquq böhranıdır. Məhz bu böhran digər böhranların da baş verməsinə gətirib çıxarır".

N.Məmmədov vurğulayıb ki, beynəlxalq hüquqda ədalət prinsipləri pozulur: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe nümayişini görə bilmirik, 20 ildən çoxdur ki, işğal faktı ilə üz-üzəyik".
PA rəhbərinin müavini qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı, ATƏT, NATO kimi qurumarla yüksəksəviyyəli əməkdaşlığına baxmayaraq, 5 il bundan qabaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzalanmış qətnamələri indi görmək istəmirlər, o sənədlərdən irəli gələn tələbləri yerinə yetirmirlər - bu da beynəlxalq hüquq böhranın göstəricisidir: "Cəmiyyət inkişaf etdikcə, ölkələr daha sivil , onların arasında bir-birinin münasibətlərini tənzimləməsi daha üstün səviyyədə olmalıdır, amma təəssüf ki, bu gün bunu görmək olmur".


Teqlər:





Xəbər lenti