Sülhəddin Əkbərin müavini də partiya yaradır

Sülhəddin Əkbərin müavini də partiya yaradır
  01 Sentyabr 2013    Oxunub:1138
Açıq Cəmiyyət Partiyasının keçmiş sədr müavini Kəramət Salayev Doğru Yol Partiyasını yaradır.
Kəramət Salayev yeni partiyanın qurulması ilə bağlı “virtualaz.org” saytına açıqlama verib: “Hazırda təşkilatlanma dövrüdür. 15 nəfərdən ibarət təşkilat kamandası yaradılıb. Biz mühfizəkar demokrat ideasına üstünlük veririk. Cəmiyyətdə siyasi proseslərdə mühafizəkar demokrat siyasi idealogiyaya malik bir boşluq var. Hesab edirəm ki, biz yaxın 5-10 il ərzində bu boşluğu doldurmağa çalışacağıq”.

K.Salayev mətbuatda onun ACP sədr müavini kimi göstərilməsinə və partiyanın ACP sədri Sülhəddin Əkbərin quruculuğu ilə yaradılması haqda yazılan məlumatlara da aydınlıq gətirib: “Mən 2013-cü il, iyulun 16-da Açıq Cəmiyyət Partiyasının sədr müavinliyindən və üzvlüyündən istefa vermişəm. Bu barədə mətbuata məlumat verməmişdik. Amma indi zərurət yaranır ki, ACP-dən getdiyimizi elan edək. Doğru Yol Partiyasının ACP ilə heç bir əlaqəsi yoxdur. ACP sədri Sülhəddinin Əkbərin partiyanın quruculuğu ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu partiya bir qrup intelektual gənc və siyasi təcrübəyə malik insanların təşəbbüsü ilə yaranan siyasi bir qurumdur”.


Teqlər:





Xəbər lenti