Qadın özünü doqquzmərtəbəli binadan atmaq istəyib

Qadın özünü doqquzmərtəbəli binadan atmaq istəyib
  01 Sentyabr 2013    Oxunub:1003
Bakıda intihara cəhd olub.
Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qadın özünü doqquzmərtəbəli binanın damından atmaq istəyir. Xilasedicilər intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 08:10-da başa çatəb.


Teqlər:





Xəbər lenti