İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib
  31 Avqust 2013    Oxunub:1163
Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu bu ölkənin milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrik məktubunda Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olduğu, bunun xüsusi məmnunluq doğurduğu vurğulanıb:

“Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq durmadan genişlənir, ənənəvi dostluq əlaqələri möhkəmlənir. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək”.


Teqlər:





Xəbər lenti