Göygöldə iki qadın 70 yaşlı kişini döyüb

Göygöldə iki qadın 70 yaşlı kişini döyüb
  14 May 2017    Oxunub:1534
Göygöldə döyülmə faktı qeydə alınıb.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Daşkəsən rayon sakini 1947-ci il təvəllüdlü Əliyev Əli kənddə olan bağ sahəsində iki qadının heyvan otardığını görüb. Onlara etiraz edən kişi qadınlar tərəfindən ağacla döyülüb. Müxtəlif bədən xəsarətləri alan 70 yaşlı Ə. Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Göygöl  





Xəbər lenti