Ermənistanda ölülər də səs verir

Ermənistanda ölülər də səs verir
  14 May 2017    Oxunub:1869
Ermənistanda ölmüş şəxsin adı seçki siyahısına salınıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda mer seçkiləri zamanı biabırçı olay baş verib.

4/1 seçki məntəqəsində seçicilərdən biri komissiya katibinə yaxınlaşaraq bildirib ki, 1242 seriya nömrəsi altında qeydiyyata alınan Norayr Avedik Barseğyan ölüb.

Məlumat "Vətəndaş Müşahidəsi" təşkilatının təşəbbüsü ilə yayılıb.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti