"Sarı zolağ"a girən 900 sürücü cərimələnib

"Sarı zolağ"a girən 900 sürücü cərimələnib
  11 May 2017    Oxunub:2613
Mayın 5-dən bu günə qədər 900-ə yaxın sürücü "sarı zolağ"a daxil olduğu üçün cərimələnib.
Bunu AzVision.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O, bildirib ki, 24 saat təhlükəsiz şəhər kameraları vasitəsi ilə zolaqlar olan yola nəzarət edilir.

“Sarı rəngli zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi inzibati xəta tərkibi yaradır. Bunun üçün nəzarət daha da gücləndirilib. Yol boyu quraşdırılmış texniki vasitələrin köməyi ilə bu xətanı törədənlər inzibati məsuliyyətə cəlb olunur”.

Qeyd edək ki, "sarı zolaq" qadağası mayın 5-dən qüvvədədir. Qadağan olunmuş hərəkət zolağına daxil olan sürücülər 40 manat məbləğində cərimələnir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Polis   Sarı-zolaq  





Xəbər lenti