Heydər Əliyev Batumidə yad edilib
Baş konsulluqdan verilən məlumata görə, mühazirədə universitetin müəllim və proffesorları da iştirak ediblər.
Baş konsul iştirakcılara Ümummilli lider Heydər Əliyev haqda geniş məlumat verib, Gürcüstan-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində, bölgədə təhlükəsizliyin bərpa olunmasında, qlobal layihələrin reallaşmasında xüsusi xidmətləri olan şəxsiyyət kimi səciyyələndirib, onun təhsilə, gəncliyə qayğısı sahəsindəki xidmətindən danışıb.
Sonda Baş konsul R.İsmayılov iştirakçıların Heydər Əliyev və Azərbaycanla bağlı çoxsaylı suallarını cavablandırıb.
Həmin gün, Acaristanın nüfuzlu “Ajara PS” qəzetində “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır” adlı məqalə dərc edilib.
Məqalədə Azərbaycanın ümummilli liderinin həyatı, siyasi karyerası haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, xalqın israrlı tələbi ilə 15 iyun 1993-cü il tarixində Bakıya gələn Heydər Əliyev vətəndaş müharibəsi xofu ilə yaşayan, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin böyük bir hissəsinin işğal altında olan Azərbaycana rəhbərlik edib. Yazıda Heydər Əliyevin ən böyük nailiyyətlərdən birinin onun neft strategiyası olduğu, bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisi deyil, eyni zamanda dövlət müstəqilliyinin güclənməsində böyük rol oynadığı vurğulanıb.
Teqlər: #Heydər-Əliyev #Batumi