Xankəndidə parad keçirilir - Azərbaycana qarşı növbəti təxribat

Xankəndidə parad keçirilir - Azərbaycana qarşı növbəti təxribat
  09 May 2017    Oxunub:3972
Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında növbəti dəfə təxribat xarakteli addım atıb. AzVision.az xəbər verir ki, hazırda Ermənistan silahlı qüvvələri Xankəndidə hərbi parad keçirməyə hazırlaşır.
Məlumata görə, təşkil olunan paradda müxtəlif növ silahlar nümayiş olunacaq.

Paradın keçirilməsində əsas məqsəd Azərbaycanı qıcıqlandırmaq və təxribata çəkməkdir.

Ümumlikdə işğalçıların Azərbaycan torpaqlarında hərbi parad keçirməsini təxribat və danışıqlar prosesində neqativ addım kimi dəyərləndirmək olar. Bu cür destruktiv mövqe Ermənistan tərəfinin konstruktiv danışıqlar aparmağa hazır olmadığını nümayiş etdirir. Ermənistan bir daha özünün işğalçılıq siyasətinə sadiqliyini göstərir.

Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bu tipli tədbirlərin təxribat xarakterli olduğunu bildirib.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Qarabağ   Xankəndi   Parad  





Xəbər lenti