Onlar da 700 bal topladılar - FOTO
“10-cu sinifdə oxuyanda özümü qəbum imtahanına hazır hiss edirdim. İcazə versəydilər, imtahanda iştirak edərdim. Təəssüf ki, mümkün olmadı. Bu il imtahan verəndə qəbul olacağıma inanırdım. Çalışırdım yüksək bal toplayım. Məqsədim 700 bal idi. Orta məktəbdə qiymətlərim yaxşı olub. Sınaq imtahanlarında həmişə yüksək nəticə göstərirdim. Təhsilimi BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə davam etdirmək niyyətindəyəm. Gələcəkdə təhsilimi xaricdə davam etdirmək istərdim”.
Qəbul imtahanında bütün suallara düzgün cavab verməklə rekorda imza atan digər abituriyent, 220 nömrəli məktəbin məzunu Əliyeva Xalidə Vüqar qızı isə oxuyacağı universiteti və ixtisası seçməyib.
“700 bal topladığım üçün sevincimin həddi-hüdudu yoxdur. Dərslərimi həmişə yaxşı oxumuşam. Müəllimlərim, valideynlərim yüksək toplayacağımı gözləyirdilər. Şükürlər olsun ki, onların ümidlərini doğrulda bildim”.
Qeyd edək ki, imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Aytən Zəhra
AzVision.az