Qarabağda düşmənin 3 əsgəri öldü

Qarabağda düşmənin 3 əsgəri öldü
  09 May 2017    Oxunub:24522
Bu gün ermənilərin işğal altında saxladığı Qarabağın şimal istiqamətində, Madağizdə yerləşən hərbi hissənin yaxınlığındakı qəza baş verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni hərbçilərin olduğu "Vilis" markalı avtomobil su anbarına düşüb.

Qəza nəticəsində sürücü ilə yanaşı iki erməni əsgər suda boğulub.

Cəsədlərdən ikisi saat 20:00 radələrində sudan çıxarılsa da, bir erməni əsgərin cəsədi hələ də axtarılır.

Ölən 3 erməni əsgərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   Düşmən   Erməni  





Xəbər lenti