Evlənmək istəyən 11215 nəfərdə talassemiya aşkarlanıb

Evlənmək istəyən 11215 nəfərdə talassemiya aşkarlanıb
  08 May 2017    Oxunub:1410
2017-ci ilin aprel ayına qədər Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatına 2959 xəstə salınıb.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, onlar daimi müşahidə olunurlar. Belə ki, vəziyyətlərindən asılı olaraq ümumi, müvafiq ya da xüsusi, spesifik müalicə alırlar və dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.

2017-ci ilin üç ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub. Bunlardan 603 ilkin müraciət etmiş şəxslərin 72 nəfəri dispanser qeydiyyata götürülüb. Mərkəzin Hemotologiya şöbəsində 2017-ci ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə aıb.

Məlumatda qeyd edilib ki, 2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində 2017-ci ildə 9 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.

“Ümumilikdə 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nigahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyə qədər 258 521 nəfər müayinədən keçib. 11 215 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınıb”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Talassemiya  





Xəbər lenti