Ermənilər Xankəndidə hərbi parad keçirəcək

Ermənilər Xankəndidə hərbi parad keçirəcək
  05 May 2017    Oxunub:5141
Ermənistan mayın 9-da işğal altında olan Qarabağda hərbçilərin parad xarakterli yürüşünü keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə qondarma rejimin "müdafiə naziri" Levon Mnatsakanyan bildirib.

Mnatsakanyanın sözlərinə görə, erməni hərbi qulluqçular Xankəndinin mərkəzi küçəsi ilə təntənəli keçid etdikdən sonra, silah nümayişi keçiriləcək.

Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bu tipli tədbirlərin təxribat xarakterli olduğunu bildirib.

Şahin Qocayev
AzVision.az



Teqlər: Xankəndi   Parad  





Xəbər lenti