Dövlət Miqrasiya Xidmətində maaşlar artırıldı- SƏRƏNCAM

Dövlət Miqrasiya Xidmətində maaşlar artırıldı- SƏRƏNCAM
  31 Avqust 2013    Oxunub:1404
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sənəddə göstərilir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılması qərara alınır.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Həmçinin, prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılması qərar alınır.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetinə hər iki Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.





Teqlər:  





Xəbər lenti