"Sarı zolaq" qadağası başladı - Sürücülərin diqqətinə!

"Sarı zolaq" qadağası başladı - Sürücülərin diqqətinə!
  05 May 2017    Oxunub:5627
IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı”nın tətbiq ediləcəyi küçələrdə hərəkətə qadağa bu gündən qüvvəyə minəcək.
Bu barədə AzVision.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, sarı rəngli bütöv xətlərlə çəkilmiş və idman oyunlarının keçirildiyi istiqamətlər üzrə hərəkət yalnız təşkilat komitəsinin təyin etdiyi avtomobillər üçün nəzərdə tutulub.

“Bu gündən xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulur. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər və 40 manat məbləğində cərimə olunacaqlar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Qadağa   Sürücü   İslam-Oyunları  





Xəbər lenti