Azərbaycan yeni silahlarını dünyaya nümayiş etdirəcək

Azərbaycan yeni silahlarını dünyaya nümayiş etdirəcək
  04 May 2017    Oxunub:4680
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, bunula bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Türkiyədə səfərdə olacaq.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək. Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.

Səfər çərçivəsində Yavər Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

AzVision.az


Teqlər: Azərbaycan   silah   İDEF-2017   MSN  





Xəbər lenti