"Vətəndaşlar icbari tibbi sığortaya inamla yanaşırlar"

"Vətəndaşlar icbari tibbi sığortaya inamla yanaşırlar"
  03 May 2017    Oxunub:1170
"Pilot icbari tibbi sığorta layihəsinin reallaşdığı dövrdə hər hansı çatışmazlıqlar olarsa, onları vaxtında aradan qaldırmağa imkanımız olacaq. Nəticədə bütün ölkə üzrə icbari tibbi sığortaya keçən zaman bu problemlər və çətinliklər olmayacaq".
AzVision.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, icbari tibbi sığorta layihəsi üzrə nəticə müsbətdir.

"Vətəndaşlar icbari tibbi sığortaya inamla yanaşırlar. Bizim apardığımız müşahidələr nəticəsində əldə etdiyimiz məlumatlar bundan ibarətdir ki, insanlar kifayət qədər xəstəxanalarda müalicə ala bilirlər. Vaxtilə müalicə ala bilmədikləri vaxtlarda xəstəxanalara gələ bilməyənlər müvafiq səhiyyə ocaqlarına, həkimlərə müraciət edirlər. Onlara ixtisaslı, kifayət qədər səriştəli yardımlar edilir. Həmin yerdə yardımlarımların edilməsi mümkün olmadığı halda ətraf yerlərdə, Gəncədə və Bakıda müəyyənləşdirilmiş səhiyyə müəsssində tibbi sığorta əsasında vətəndaşlara, ehtiyacı olanlara köməklik göstərilir. Bir neçə ayın təcrübəsi onu deməyə sas verir ki pilot layihə uğurla həyata keçirilir. İnsanlar bu layihəyəyə, icbari tibbi sığortaya inanırlar. Güman edirəm ki, bir il ərzində həyata keçiriləcək pilot layihə əsasında əldə edəcəyimiz təcrübə imkan verəcək ki, daha çox rayonlarda və bütövlükdə Azərbaycanın hər bir güşəsində icbari tibbi sığortanı tətbiq edək. İlk uğurlar və ilk addımlar müsbətdir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti