Rza Zərrab and içdi: "Yalan danışmayacağam"

Rza Zərrab and içdi: "Yalan danışmayacağam"
  03 May 2017    Oxunub:3396
Korrupsiya və rüşvət ittihamları ilə ötən ilin həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab yenidən hakim qarşısına çıxarılıb. AzVision.az “DHA” agentliyinə istinadən xəbər verir ki, məhkəmə Riçard Bermanın sədrliyi ilə keçirilib.
Məhkəmədə doğruları deyəcəyinə, yalan danışmayacağına and içən Zərrab fiziki və ruhi sağlamlığı ilə bağlı çətinliyinin olmadığını deyib. Zərrab həbsxana həkiminin resept yazdığını və dərman qəbul etdiyini bildirib.

Daha sonra hakimin ingilis dilində verdiyi suallara Zərrab türkcə cavab verib. Zarrab haqqındakı iddiaları oxuyan hakim Berman: “Zərrab haqqındakı iddialar əgər sübut olunsa, çox ciddi cinayət hesab olunacaq”.

Hakim Bermanın “Vəkillərin əmək haqları Rza Zarrabdan başqa, İran, “Xalq Bank”, Türkiyə, yoxsa ABŞ ödəyir?” sualına cavabında vəkil qısaca olaraq pulların İran tərəfindən ödənilmədiyini qeyd edib. Zarrabın məhkəməsi digər sualların cavablandırması üçün 11 may tarixinə təxirə salınıb.

Xatırladaq ki, ittihamçı tərəf Rza Zərrabın 75 il həbs olunmasını və 50 milyon dollar cərimələnməsini tələb edir. Zərrabın tutduğu vəkillər arasında Nyu-Yorkun eks meri Rudolf Quilani ilə ABŞ-ın keçmiş ədliyyə naziri Maykl Mukasey də var.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Zərrab   ABŞ  





Xəbər lenti