Muijnieksə sərt suallar: Ermənipərəst komissar cavabdan qaçır – VİDEO

Muijnieksə sərt suallar: Ermənipərəst komissar cavabdan qaçır – VİDEO
  03 May 2017    Oxunub:6726
AŞPA-nın builki yaz sessiyası əvvəlcədən maraqla gözlənilirdi. Çünki sessiya ərəfəsində Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi AŞ-ın insan hüquqları üzrə komissarı Nils Muijnieksin gizli erməni şəbəkəsi ilə sıx əlaqələrinin olduğu haqda hesabat yaymışdı. Ona görə də, maraqlı idi ki, Azərbaycandan olan deputatlar komissarı bu faktla üzbəüz qoyacaqlarmı?
Sessiyanın gedişində gündəliyə əsasən, Nils Muijnieks deputatların suallarını cavablandıranda əvvəlcə Azərbaycanın deputat qrupunun üzvü Rəfael Hüseynov ona hesabatda yazılanları xatırladaraq, Dilqəm Əsgərov barədə sual verdi. Amma Muijnieks birbaşa cavabdan yayınaraq, bildirdi ki, Azərbaycanla bağlı keçirilən tədbirlərdə iştirakə və qeyri-adekvat reaksiyası vəzifəsinin tələbi ilə bağlı olub.

Bu yayğın cavabdan sonra istər-istəməz başqa suallar ortaya çıxırdı ki, onları da deputat qrupumuzun digər üzvü Vüsal Hüseynov Miujnieksə ünvanladı. Sual təxminən belə idi:

- Cənab komissar, Siz həmkarıma verdiyiniz cavabda vəzifənizin tələbləri çərçivəsində Azərbaycanla bağlı tədbirlərdə iştirak etdiyinizi və reaksiya verdiyinizi dediniz. Mən sizə başqa bir nümunə vermək istərdim. Bir ay bundan əvvəl Ermənistanda bir insan hüquqları müdafiəçisi 25 günlük aclıq aksiyası nəticəsində dünyasını dəyişdi. Bununla bağlı Ermənistanda etiraz aksiyaları keçirildi və bir çox insan hüquqları təşkilatları məsələyə münasibət bildirərək, bəyanatlar yaydılar. Lakin sizin bu məsələ ilə bağlı heç bir reaksiyanızı görmədik. Hər halda, mən heç bir reaksiya müşahidə etmədim. İnsan hüquqları baxımından bu hadisənin ağırlığını nəzərə alaraq və xüsusilə də, əvvəl qeyd edilən hesabatın fonunda mən bu sualı vermək istərdim: Sizin hadisələrə münasibət bildirməyiniz hansı kriteriyalara əsasən baş verir? Nə üçün bir halda hadisələrə münasibət bildirir, digərində isə susursunuz? Əgər bu cür hadisə Azərbaycanda baş versəydi, mən təsəvvür edə bilmirəm ki, siz buna hansı səviyyədə reaksiya bildirərdiniz...

Amma Muijnieks bu dəfə də cavabdan yayınaraq, bildirir ki, Ermənistana il yarım bundan əvvəl səfər edib və hesabat hazırlayıb: “Mən dəfələrlə Ermənistan haqqında öz fikirlərimi ifadə etmişəm. Bütün bunlar rəsmi internet saytımda ictimaiyyət üçün açıq vəziyyətdədir. Yekun olaraq qeyd etməliyəm ki, müşahidələr nəticəsində bir çox ölkədə olduğu kimi Ermənistanda da insan hüquqları ilə bağlı çatışmazlıqlar aşkarlamışam”.

AzVision.az deputat Vüsal Hüseynovun bu sual-cavabın öz feysbuk səhifəsində paylaşdığı videosunu təqdim edir:





Teqlər: #AŞPA   #Vüsal-Hüseynov   #Muijnieks  





Xəbər lenti