ABŞ Ermənistana sanksiya tətbiq edəcək

ABŞ Ermənistana sanksiya tətbiq edəcək
  02 May 2017    Oxunub:6292
ABŞ aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri zamanı qanun pozuntularına yol verən şəxslərin Vaşinqton tərəfindən maliyyələşən proqramlarda iştirakını qadağan edəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bildirib.

“Əldə etdiyimiz etibarlı məlumatlardan istifadə edərək belə şəxsləri ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqram və layihələrdən kənarda saxlayacağıq”, - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, aprelin 2-də keçirilən seçkilər Ermənistanın demokratik inkişafı istiqamətində əhəmiyyətli addım oldu, lakin ABŞ tərəfi rüşvət, seçicilərə təzyiq və administrativ resurslardan istifadəyə dair geniş və etibarlı məlumat yayıb:

“Bu faktlar beynəlxalq birliyin digər nümayəndələrinin qeydləri də üst-üstə düşür. Biz hökuməti pozuntulara dair bütün sübutlar əsasında hərtərəfli araşdırmalar aparmağa çağırmışıq”.

Millz, həmçinin Ermənistan Xüsusi İstintaq Komitəsinin “SAS” supermarketinin əməkdaşlarının qorxudulması və pulla səslərinin alınması məsələsinin araşdırılması barədə qərarını dəstəkləyib.

“Hərtərəfli, şəffaf və qeyri-siyasi araşdırmanın aparılması olduqca önəmlidir. Çünki bu Ermənistan vətəndaşlarını əmin edəcək ki, onlar azad və təzyiqsiz səs verə biləcəklər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   ABŞ   Sanskiya  





Xəbər lenti