Corc Soros Aqramuntdan ermənilərin qisasını alır

Corc Soros Aqramuntdan ermənilərin qisasını alır
  29 Aprel 2017    Oxunub:4291
AŞPA prezidenti Pedro Aqramuntun mətbuat katibi Suriya səfərindən sonra yaşanan qalmaqalda amerikalı milyarder Corc Soros və onun təşkilatını günahlandırıb.
AzVision.az İspaniyanın “El Confidencial” nəşrinə istinadən xəbər verir ki, mətbuat katibinin fikrincə, günahkar Sorosdur.

“Arqamuntu günahlandıranlar bu maliyyə akulasından pul alırlar. ESİ (Avropa Sabitlik Təşəbbüsü Analitika Mərkəzi) və digər təşkilatlar Soros və Ermənistanın təzyiqlərinə boyun əyməyən AŞPA-nı məhv etmək istəyir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, aprelin 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunta etimad məsələsi gündəmə gətirilib. Aqramunt çıxış edərkən assambleya üzvlərinin əksəriyyəti zalda onun istefasını tələb ediblər.

Deputatlar Pedro Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşməsini sərt şəkildə pisləyib, buna etirazları bildiriblər.

Aqramunt Suriyaya səfərinin yanlış addım olduğunu etiraf edib: "İcazə verin, bəyan edim ki, bu səfər yanlış idi və mən nəticələri nəzərə alaraq bunu etiraf edirəm".

Bundan əlavə Pedro Aqramunt (AŞPA) qurumun Büro iclasında iştirak etməyib. Onun bu ilin martında Suriyaya səfəri səbəbindən istefa verəcəyi gözlənirdi. Yaxın vaxtlarda AŞPA Bürosunun bununla bağlı bəyanatı gözlənilir.

Təşkilat Bürosunun nizamnamə orqanının iclasından sonra AŞPA-nın vitse-prezidenti, britaniya nümayəndə heyətinin rəhbəri Rocer Geyl bildirib ki, artıq Avropa Şurası Parlament assambleyasının hazırkı sədri Pedro Aqramunt səfərlərdə Assambleyanın adından iştirak edə bilməz.

Aqramunt istefa vermədiyindən və nizamnamədə impiçment proseduru olmadığından onun gələcək aqibəti məlum deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: AŞPA  





Xəbər lenti