Pedro Aqramunta qadağalar qoyuldu

Pedro Aqramunta qadağalar qoyuldu
  28 Aprel 2017    Oxunub:1845
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt (AŞPA) qurumun Büro iclasında iştirak etməyib.
AzVision.az AŞPA-nın rəsmi saytına istinadla xəbər verir ki, onun bu ilin martında Suriyaya səfəri səbəbindən istefa verəcəyi gözlənirdi. Yaxın vaxtlarda AŞPA Bürosunun bununla bağlı bəyanatı gözlənilir.

Təşkilat Bürosunun nizamnamə orqanının iclasından sonra AŞPA-nın vitse-prezidenti, britaniya nümayəndə heyətinin rəhbəri Rocer Geyl bildirib ki, artıq Avropa Şurası Parlament assambleyasının hazırkı sədri Pedro Aqramunt səfərlərdə Assambleyanın adından iştirak edə bilməz.

Qeyd edək ki, Aqramunt istefa vermədiyindən və nizamnamədə impiçment proseduru olmadığından onun gələcək aqibəti məlum deyil.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: AŞPA  





Xəbər lenti