Xaricdə oxuyacaq 58 nəfər - SİYAHI

Xaricdə oxuyacaq 58 nəfər -  SİYAHI
  30 Avqust 2013    Oxunub:1366
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 58 namizəd barədə müsbət qərar verilib.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, həmin tələbələr təhsilini Türkiyə (36 nəfər), Böyük Britaniya (11 nəfər), Avstraliya (3 nəfər), İtaliya (2 nəfər), Kanada (2 nəfər), Malayziya (1 nəfər), ABŞ (1 nəfər), Rusiya (1 nəfər) və Macarıstanda (1 nəfər) rezidentura (23 nəfər), bakalavriat (20 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində tibb, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, mühəndislik, nanotexnologiya, kompüter elmləri və turizm ixtisasları üzrə davam etdirəcəklər.

Təhsil Nazirliyi adları qeyd olunan tələbələri təbrik edir, onların təhsillərini uğurla başa vuraraq ölkəmizin davamlı inkişafı prosesinə layiqli töhfələr verəcəklərinə ümidvar olduğunu bildirir.

Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barədə müsbət qərar verilmişdir. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 58 namizədin siyahısı:

1. Abdullayeva Yeganə Abduləhəd qızı
2. Ağayeva Könül İmran qızı
3. Almuradova Elvina Ağamoğlan qızı
4. Aslanlı Ülvi Ramiz oğlu
5. Axundov Zaur Mehman oğlu
6. Baba-zadə Xanım Ağababa qızı
7. Baxşalıyeva Türkan Vahid qızı
8. Baxşəliyev Şiraslan Aslan oğlu
9. Bədəlzadə Mehman Mikayıl oğlu
10. Bəkirzadə Məhəd İlham oğlu
11. Bəxtiyarzadə Aygül Mayil qızı
12. Camalova Hilalə Fariz qızı
13. Cəbrayılov Faiq Nizam oğlu
14. Cəfərov Ruslan Yaqub oğlu
15. Əbdülrəhimova Cəmilə Fəxri qızı
16. Əfəndiyev Musa Süleyman oğlu
17. Əhmədov Bayram Əliyar oğlu
18. Əhmədova Aygül Maarif qızı
19. Əliyev Bayram Umut oğlu
20. Əli-zadə İslam Qafar oğlu
21. Əmirov Razin Temirxan oğlu
22. Əşrəfov Asif Məhərrəm oğlu
23. Əvəzzadə Elməddin Niyaz oğlu
24. Əzizli Orxan İltifat oğlu
25. Fətullayev Tural Bəxtiyar oğlu
26. Hacıyev Rüfət Anar oğlu
27. Hacıyeva Nigar Bünyad qızı
28. Haqverdiyev Emin Salman oğlu
29. Həsənova Günel Ramiz qızı
30. Həsənova Aysel Yusif qızı
31. Həsənzadə Fidan Qalib qızı
32. Hüseynova Sevil Baxşəli qızı
33. İmanova Nərimanə Rafil qızı
34. İmranov Cavid Elman oğlu
35. İsmayılbəyli Nərgiz Malik qızı
36. İzzət Kənan Azər oğlu
37. Kərimli Əli İdrak oğlu
38. Kərimova Zərifə Məhəmməd qızı
39. Mahmudova Aytac Əbilfəz qızı
40. Mehdiyev Sərxan İlqar oğlu
41. Mehdiyeva Nəzrin Akif qızı
42. Məhəmmədəliyeva Aytəkin İbrahim qızı
43. Məmmədəliyev Sərxan Oqtay oğlu
44. Məmmədov Urfan Elxan oğlu
45. Məmmədova Nuran Zahir qızı
46. Məmmədxanlı Orxan Oktay oğlu
47. Məmməd-zadə Gültən Nəcməddin qızı
48. Mirzəyev Yalçın Məhəmməd oğlu
49. Nağıyeva Təranə Mirzə qızı
50. Nəcəfaliyeva Aytən Səfəralı qızı
51. Orucov Elvin Arzuman oğlu
52. Qənbərov Mehdi Nizami oğlu
53. Qocayev Afiq Nəriman oğlu
54. Quliyev Hüseyn Rafiq oğlu
55. Quliyeva Günel Səyavuş qızı
56. Salmanov Elşad Elxan oğlu
57. Şərifzadə Mehriban Şahin qızı
58. Xankişiyev Röyal Xanlar oğlu


Teqlər:  





Xəbər lenti