İki yük avtomobili toqquşdu: xəsarət alan var

İki yük avtomobili toqquşdu: xəsarət alan var
  30 Avqust 2013    Oxunub:889
Yevlaxın Aran qəsəbəsində “ŞAQMAN” və “FORD” markalı 2 yük avtomobili toqquşub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “ŞAQMAN” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.


Teqlər:





Xəbər lenti