Tramp ABŞ tarixində rekorda imza atdı

Tramp ABŞ tarixində rekorda imza atdı
  26 Aprel 2017    Oxunub:3389
ABŞ administrasiyası bu gün prezident Donald Trampın hakimiyyətinin 100 günündə qanunlarla bağlı işi üzrə rəqəmləri açıqlayıb.
Tramp bu müddət ərzində imzaladığı fərmanların sayına görə, son 70 ildə ABŞ prezidentləri arasında liderlik edir.

Ağ Evin açıqladığı rəqəmlərə əsasən ilk 100 gündə D.Tramp 30 fərman imzalayıb (Lindon Conson 26, Harri Trumen 25 fərman imzalamışdı).

Trampın sələfi Barak Obama isə bu müddətdə cəmi 19 fərman imzalamışdı. (Trend)

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti