Elmar Vəliyev belçikalı səfirlə görüşüb

Elmar Vəliyev belçikalı səfirlə görüşüb
  24 Aprel 2017    Oxunub:1427
Belçika Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bert Skufs Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
AzVision.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Şəhər rəhbəri Bert Skufsa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb. Səfirə Gəncə Avtomobil Zavodunun, Gəncə Alüminium Zavodu, Gəncə Şərab Zavodu haqqında məlumat verən Elmar Vəliyev qeyd edib ki, “Süni Mərmər və Qranit İstehsalı” və “Kərpiç” zavodlarında hazırda tikinti işləri davam edir.

Belçika Krallığının Azərbaycandakı səfiri Bert Skufs qəbula görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirib. Səfir xüsusi vurğulayıb ki, Belçika-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.



AzVision.az


Teqlər: Gəncə   Belçika  





Xəbər lenti