Qərbdən gələn pullar, mühacir biznesi - Əli Kərimlini ifşa edən faktlar açıqlandı

Qərbdən gələn pullar, mühacir biznesi - Əli Kərimlini ifşa edən faktlar açıqlandı
  23 Aprel 2017    Oxunub:21805
"Cəsarətləri çatıb mənə satqın deyə bilmədilər"
AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli AzVision.az-a müsahibəsində Əli Kərimli ilə bağlı ifşaedici faktlar açıqlayıb. O, AXCP-dəki mühacir biznesi, Qərbdən gələn qrantların Əli Kərimli tərəfindən necə talannasından danışıb.

- Hazırda müxalifət düşərgədə vəziyyət necədir?

- Azərbaycan müxalifəti 23 ildir ki, durmadan siyasi məğlubiyyətə uğrayır. Vaxtilə müxalifətinin ciddi potensialı vardı. Sadəcə müxalifətin qabiliyyəti və bacarığı çatmadı ki, əlində olan bu resurslardan istifadə etsin.

Bundan başqa Qərbdən müxalifətə və QHT-lərə böyük qrantlar ayrılırdı. Bu vəsaitlər korrupsiyaya uğradı. Ona görə də Qərb müxalifəti dəstəkləməkdən vaz keçdi. Çünki, müxalifətin cazibədarlığı, potensialı, səviyyəsi yoxdur. Müsavat, AXCP və Milli Şura kimi adlar altında fəaliyyət göstərən təşkilatlar cəmiyyətdə legitimlik qazanıbsa, müxalifətin bir çatı altına toplanmasında onlar məsuliyyət daşıyır. Müxalifət liderləri isə korrupsiyaya düçar olublar.

-AXCP-dən çıxarılmağınıza səbəb nə idi?

-AXCP-də alternativ baxış ortaya qoydum. Ancaq, bu demokratiya dəyərləri tapdanaraq süngü ilə qarşılandı. Doğru bildiyim yolda irəliləyirəm.

- AXCP-də belə bir tendansiya var: kim həmin partiyanı tərk edirsə ona mütləq satqın damğası vurulur. Bu yanaşma nədən qaynaqlanır?

- Absurd yanaşmadır. Məgər müxalif partiyalardan gedənlər satqındır? Xeyr. Nəyi nəyə satırlar? Mən inandığımı hər zaman söyləmişəm. Heç kimdən çəkinəcəyim yoxdur.

- Sizi də satqın adlandırırlar?

- Uzun illər siyasətlə məşğul olan əqidə dostlarım təsdiqləyə bilər ki, partiyanın heç bir intellektual kəsimi, partiya rəhbərliyi mənim adıma satqın yazdıra bilməyib. Hətta, tənqidi status belə yazdıra bilmədilər. Kim deyir mənə satqın? Sırağagün, dünən partiyaya gəliblər, düşüblər müəyyən adamların təsiri altına. Buradakı oyunlardan, proseslərdən xəbərləri yoxdur. Bu adamlara deyirlər ki, Sahib Kərimliyə satqın deyin. Onlar da rahat şəkildə deyirlər. Konkret mənlə bağlı məsələdə bir neçə istisnalar var. Yəni, kimlərsə, mənim haqqımda bu şəkildə ifadə işlədə bilərlər. Ancaq, onlar artıq sıradan çıxıb. Cəsarətləri çatıb mənə satqın deyə bilməzlər. İnsan cəmiyyətdə fərd, şəxsiyyət olaraq necədirsə, siyasətçi olaraq da elədir.



- Əli Kərimliyə qarşı çxmanıza səbəb nə idi?

-Mən haqqı deyirəm, yalanları qəbul etmirəm. Bu gün mən istəsəm orta məktəbdə oxuduğum sinif yoldaşlarımı başıma yığaram və onlar mənim haqqımda rəy bildirərlər. Onlar 15 il qabaq durmadan mənə deyirlər ki, partiyanı istismar edirlər. O zaman deyirdim ki, belə şeylər olmaz. Bu gün kifayət qədər reytinqim var. Kiminsə təsiri altına düşmürəm, çirkin oyunlarda iştira etmirəm.

AXCP ictimai mülkiyyətdir və Əli Kərimli ona sahiblənə bilməz. Əli Kərimli bu resursu cəmiyyətə fayda vermək üçün yox, şəxsi məqsədləri üçün istifadə edir. Əli Kərimli tezliklə partiya sədrliyindən getməlidir.

- Əli Kərimlinin partiyadan gedənləri müxtəlif yollarla, məsələn videogörüntülərlə şantaj etdiyi deyilir.

- Bəli, belə fikirlər səsləndirilib. Konkret əlimizə real bilgilər daxil olacaqsa, münasibət bildirəcəyik. Mənə qarşı şantaja əl atmayıb.

- Çoxları belə düşünür ki, Kərimli üçün mitinq keçirmək QHT layihəsi kimi bir şeydir. Yəni əsas məsələ mitinq keçirmək yox, bu yolla pul əldə etməkdir. Bu fikirlərlə razısınızmı?

- Bu məsələdə ciddi oyunbazlıqlar var. AXCP və Milli Şura cəmiyyətdəki bütün resurslara satqın deyərək, ancaq fərdi resurslarını səfərbər edərək mitinq təşkil edir. Sonra isə bu mitinqə dəstək tələb edir. Bu şəkildə cəmiyyətdən dəstək almaq olmaz. Ona görə də mitinq təşkil etməkdə müəyyən maraqlar var. Bu, danılmazdır.

-Son günlər mühacir biznesi yenidən gündəmə gəlib. AXCP-də partiya biletini pulla satanlar kimlərdir?

-Dəfələrlə insanlardan müraciətlər, xahişlər olub ki, mühacirətə getməsi üçün ona partiya bileti verilsin. Bu məsələlərdən mən uzaq olmuşam. Yenə deyirəm, çirkin oyunların iştirakçısı olmamışam.

Məndə məlumat var ki, sonuncu mitinqə şəkil çəkdirib mühacirətə getmək istəyən çoxlu sayda insan gəlib. Biz onları çıxsaq məlum olur ki, mitinqə çox az sayda adam qatılıb. Yəni, demək olar ki, ictimai sektor orada olmayıb. Bu isə o deməkdir ki, Milli Şura və AXCP cəmiyyət dəstəyindən məhrumdur. Bunun başlıca səbəbi özünü lider adlandıran şəxslərdir. Onlar nə qədər ki, müxalifətdən getməyiblər, birlikdən, gücdən danışmaq olmaz.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: AXCP   Əli-Kərimli   Müxalifət   MilliŞura  





Xəbər lenti