Ərdoğan: “Obama bizi aldatdı”

  20 Aprel 2017    Oxunub : 2316
Ərdoğan: “Obama bizi aldatdı”
Türkiyə perzidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə” kanalına müsahibəsində maraqlı fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, Ərdoğanın “ABŞ PKK, YPG və PYD-yə dair siyasətini dəyişəcəyi haqda Türkiyəyə veribmi?” sualına cavabı gözlənilməz olub.
Türkiyə prezidenti ABŞ-ın keçmiş prezidenti Barak Obamanın onu aldatdığını etiraf edib.

“Daha əvvəllər PKK ilə bağlı məsələdə anlaşmamız var idi. Obama dövründə də bu məsələdə razılıq olub. Amma təəssüf ki, Obama PYD və YPG məsələsində bizi aldatdı. Lakin hazırki iqtidarın eyni işi təkrarlayacağını ehtimal etmirəm. Yeni görüşlərimizdə artıq bunun detallarını üz-üzə müzakirə edəcəyik. Təbii ki bir çox məlumatları onlara təqdim edəcəyik”.

Ərdoğan referendumla bağlı ona qarşı səslənən tənqidləri cavabsız qoymayıb: erib: “Sandıqdan diktator çıxmaz. Diktator daha çox müxtəlif yollarla gəlir”.
İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Türkiyə   ABŞ   PKK   Obama