Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
  19 Aprel 2017    Oxunub:1355
2017-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 nəfər təşkil edib ki, onlardan 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbilərdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan AzVision.az -a verilən məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən 2017-ci ilin I rübü ərzində Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 545 nəfər göndərilib. Onlardan 369 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6293 nəfər qeydiyyata götürülüb ki, onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6293 nəfərdən 2979-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3653 nəfər təşkil edib ki, onların da 1677 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 115 pasiyentdən 24 nəfərində İNİ aşkar edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: İİV  





Xəbər lenti