Prezident sərəncam imzalayıb

Prezident sərəncam imzalayıb
  29 Avqust 2013    Oxunub:1004
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu"nun mətni - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparatı (şöbələr və sektorlar), Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu." redaksiyasında verilsin.

AzVision.az


Teqlər:





Xəbər lenti