Şərqi Azərbaycanda fəlakət - 36 ölü (Yenilənib)

Şərqi Azərbaycanda fəlakət - 36 ölü (Yenilənib)
  15 Aprel 2017    Oxunub:2770
Son məlumatlara görə, İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində bir neçə nəfərin itkin düşdüyü bildirilir.

***

İranın şimal-qərbində baş verən daşqın nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

AzVision.az “İRNA”ya istinadən xəbər verir ki, bu barədə məlumat Şərqi Azərbaycan vilayətinin böhran halları üzrə qurumundan verilib.

Qeyd olunub ki, Şərqi Azərbaycanın Əcəbşir və Azərşəhr bölgələrində sel nəticəsində 16-dən çox insan itkin düşüb.

***

İranın şimal-qərbində baş verən daşqın nəticəsində ən azı 17 nəfər ölüb.

AzVision.az xəbər verir ki, bunu “İRİB” telekanalına açıqlamasında Şərqi Azərbaycan vilayətinin Böhran halları üzrə idarəsinin rəhbəri Xəlil Saeyi bildirib.

Onun sözlərinə görə, hazırda Əcəbşir rayonunda 14 nəfərin cəsədi tapılıb, daha üç nəfərin cəsədi Azərşəhr dairəsində suyun altından çıxarılıb: “Axtarış-xilasetmə əməliyyatları davam edir”.

O, qeyd edib ki, daşqın nəticəsində 37 nəfər xəsarət alıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İran   Daşqın   ŞərqiAzərbaycan  





Xəbər lenti