Sabiq respublika rəhbəri həbs olundu

Sabiq respublika rəhbəri həbs olundu
  13 Aprel 2017    Oxunub:1518
Rusiyada bir həftə əvvəl vəzifəsindən azad edilmiş Mari El respublikasının keçmiş başçısı Leonid Markelov həbs edilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, sabiq başçı 250 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunur.

Ona qarşı cinayət məcəlləsinin 3 maddəsi ilə cinayət işi açılıb.

Bunda başqa eks-başçının biznes ortağı Nikolay Krivaşinə qarşı eyni ittiham irəli sürülüb. Lakin Nikolay xaricdə olduğu üçün həbs edilməyib. Onun ölkəyə gətirilərək istintaqa cəlb edilməsi gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Rüşvət   Həbs  





Xəbər lenti