Alman deputat erməni təcavüzünü pislədi
Hauptman vurğulayıb ki, məcburi köçkünlərin doğma evlərinə qayıtması Almaniya hökumətinin diqqət mərkəzindədir.
“ATƏT-in Minsk Qrupu çərçivəsində təkrar danışıqların keçirilməsinə baxmayaraq, münaqişənin həll prosesi uzanır. Avropa İttifaqının flaqmanı olan Almaniya hökumətinin danışıqlarda fəal iştirakı təklif olunur. Rəsmi Berlin münaqişənin qısa zamanda sülh yolu ilə həll olunması üçün konkret addımlar atmaq fikrindədirmi” sualına cavab olaraq, M. Haupmann bildirib ki, Almaniya çoxtərəfli formatda, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir və dəstəkləməkdə davam edəcək: “Bu il Avstriyanın ATƏT-də sədrliyi zamanı, münaqişə iştirakçıları arasında davamlı etimadın qurulması prioritet olacaq bəyanatını eşitməkdən məmnun olduq. Sülhə yalnız danışıqlar masasında nail olmaq olar”.
Ötən ilin aprelində Ermənistan hərbi qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərinə qarşı həmlə etməsinə toxunan almaniyalı deputat vurğulayıb ki, beynəlxalq münasibətlər sisteminin təməli olan güc tətbiqinin ümumi şəkildə qadağan edilməsi prinsipi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə davamlı şəkildə riayət edilməsi münaqişənin sürətli siyasi həlli üçün əsasdır: “Bunu rəhbər tutan Almaniya hər hansı bir təcavüzü kəskin şəkildə pisləyir. Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır”.
AzVision.az
Teqlər: Almaniya Azərbaycan DağlıqQarabağ