"Azərbaycan bizim üçün doğma ölkədir" - Abdullah Gül

"Azərbaycan bizim üçün doğma ölkədir" - Abdullah Gül
  12 Aprel 2017    Oxunub:1580
Ölkəmizdə səfərdə olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

AzVision.az xəbər verir ki, Abdullah Gülü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müşayiət edib.

Sabiq prezident Şəhidlər Xiyabanının yaxınlığında yerləşən “Şəhidlər məscidi”ndə olub.
Məscidlə tanış olan Abdullah Gül daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin Şəhidlər Xiyabanı ərazisində yerləşən Diyanət İdarəsi Nümayəndəliyini ziyarət edib.

Türkiyənin eks-prezidenti orada çay süfrəsi ətrafında söhbət edib. A.Gül Bakıya səfərinin onda xoş xatirələr yaratdığını qeyd edib: “Hər dəfə Azərbaycana səfər edəndə özümü vətənimdəki kimi hiss edirəm. Azərbaycan bizim üçün doğma ölkədir”.

Qeyd edək ki, Abdullah Gülün Azərbaycana səfəri bu gün başa çatıb.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Türkiyə   Azərbaycan   Sabiqprezident  





Xəbər lenti